"Göbək yırtığı uşaqlarda tez-tez rast gəlinən patologiyadır və fassial göbək həlqəsinin defektidir".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayev deyib.

O bildirib ki, qasıq yırtığından fərqli olaraq yırtıq qapısı əzələlərdən deyil, aponevrozdan əmələ gəldiyində göbək yırtığının boğulması çox nadir olur: "5 yaşadək uşaqların 90 faizində defekt özü bağlandığından cərrahi əməliyyata ehtiyac olmur. Göbəyə bandaj, plaster və s. qoymaqla defektin bağlanması sürətlənmir, əksinə göbək nahiyyəsində dərini zədələyir, uşağı narahat edir. Kiçik yaşlı uşaqlarda cərrahi əməliyyatdan sonra eyni problem yenidən yarana bilər. Buna görə də valideynlərə diqqətli olmaqları tövsiyə olunur".