Vətən müharibəsi şəhidinin anası faciəvi şəkildə vəfat edib -

Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası intihar edib.

Metbuat.az Baku Tv-yə istinadən xəbər verir ki, şəhidin anasının meyiti oktyabrın 1-də Xanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində yaşadıqları həyətində quyusunda aşkarlanıb.

Hadisə şəhid Ramil Quliyevin 2-ci anım günündən bir gün sonra baş verib.

Məlumata görə, şəhid anası son vaxtlar əsəb pozuntusu keçiribmiş.

Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR