Bu mövsümün əvvəlində “Fənərbaxça”dan imtina edərək, “Napoli” klubuna keçən Kim Min Jae üçün rekord məbləğdə təkliflər var.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlumata görə, İngiltərənin nəhəng klubları müdafiəçi üçün böyük məbləğlər təklif edib. Bildirilir ki, Kim Min Jae müdafiəçi olmasına baxmayaraq hücumda da iştirak edir. Güclü fiziki forması ilə diqqət çəkən futbolçunun böyük məbləğə “Napoli”dən ayrılacağı istisna edilmir.

Qeyd edək ki, “Fənərbaxça” 25 yaşlı Kim Min Jaeni 3 milyon avro qarşılığında ötən il “Beijing Guoan”dan transfer etmişdi. Lakin futbolçu mövsüm başlayanda türk klubu ilə məşqə çıxmaqdan imtina edərək, İtaliyaya getmişdi. “Napoli” klubu futbolçu üçün 18 milyon avro ödəmişdi. Futbolçunun bu həmləsindən sonra “Fənərbaxça” oyun planlarını yenidən nəzərdən keçirmişdi.