“Qəbələ”nin sabiq baş məşqçisi, “Arsenal”ın əfsanəvi futbolçularından olan Toni Adams İngiltərədə striptiz şouları ilə məşhur verilişin qonağı olub.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, o, Katya Consla adlı xanımla birgə striptiz şou nümayiş etdirib.
Səsvermə nəticəsində Adams hətta şounun qalibi olub.
Daha sonra o, Azərbaycanda işlədiyi dövrlərdən danışıb: “Orada daim isti münasibət var idi. Qəbələ və Bakı çox gözəl idi.
Amma matçlara gedəndə heyrətə gəlirdim. Stadionun ətrafı çox çirkli idi. Bir dəfə hətta məşq zamanı stadiona inək gəlmişdi”.