"CP Akademiyası Azərbaycanda tibb, psixologiya və pedaqogikanı birləşdirən ilk mərkəzlərdən biridir" -

5 ildir ki uğurla fəaliyyət göstərən “CP Academy” (“Serebral İflic Akademiyası”) fiziki məhdudiyyətli və əqli inkişaf geriliyi olan uşaqların reabilitasiyasını, həmçinin müalicəsini beynəlxalq səviyyədə təşkil edir.

Mərkəzdə əsasən uşaq serebral iflici, sinir-əzələ və genetik xəstəliklər, ortopedik, nitq, psixoloji problemləri olan pasiyentlərin reabilitasiyası aparılır, eyni zamanda bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir.

“CP Akademiya”sının təsisçisi və rəhbəri İlahə Hacıyevanın sözlərinə əsasən, mərkəzin insanlarda inam və etibarını qazanmasının əsas səbəbi pasiyentlərə multidisiplinar yanaşmanın tətbiq olunması, onların müalicəsində istifadə olunan müasir və effektiv üsullardır.

“CP Akademiyasının unikallığı ondan ibarətdir ki, o, Azərbaycanda tibb, psixologiya və pedaqogikanı birləşdirən ilk mərkəzlərdən biridir. Bu bizə imkan verir ki, pasiyentin fiziki və psixi sağlamlıq problemlərini həll etməklə yanaşı, fiziki məhdudiyyətli uşaqların şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini formalaşdıra bilək”, - deyə İlahə Hacıyeva qeyd edib.

Tibb sahəsində bir çox yeniliklərə imza atan “CP Akademiya”sında mütəmadi olaraq burada çalışan peşəkar heyətlə və xaricdən dəvət olunan mütəxəsisslərlə pasiyentlərin konsiliumu təşkil olunur. Mərkəz eyni zamanda fizioterapiyaya aid konfransların vacib tərəfdaşı kimi də çıxış edərək tibb sahəsinə böyük töhvə verir. Bütün bunlarla yanaşı “Serebral İflic Akademiyası” uşaqlarda və böyüklərdə hiperaktivlik, impulsivlik, koordinasiya və diqqət xüsusiyyətlərini diaqnostik müayinə edən MOXO testini Azərbaycanda tətbiq edən ilk mərkəzlərdən biridir.

“CP Akademiyasının daha bir fərqli xüsusiyyəti odur ki, istər fiziki, istərsə də əqli problemdən əziyyət çəkən hər bir uşağa və böyüyə individual yanaşılır, beynəlxalq standartlara uyğun dəyərləndirmə şkalaları ilə onların vəziyyəti müəyyən olunur və müalicələri yüksək kvalifikasiyalı yerli və xarici mütəxəssislərdən ibarət olan komanda tərəfindən kompleks şəkildə aparılır”, - İlahə Hacıyeva əlavə edib.

Böyük hədəflərə köklənən “Serebral İflic Akademiyası” bundan sonra da inkişaf edərək cəmiyyət üçün faydalı olmağa davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR