Azərbaycan millisinin sabiq futbolçusunun oğlu Avropa nəhənginə keçir -

"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya Avropanın bir sıra nəhəng klublarının marağındadır.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mənbələri məlumat yayıb. Bildirilir ki, "Mançester Siti", “Real Madrid” və PSJ klubları “Napoli”nin oyunlarına nümayəndələr göndəriblər. İddialara görə, 21 yaşlı hücumçu özü “Real Madrid” klubunda oynamaq istəyir. Buna görə də, İspaniya təmsilçisi transferlə bağlı qərarını versə, tərəflərin asanlıqla razılığa gələcəyi ehtimal edilir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya əvvəlki açıqlamasında , “Real Madrid” azərkeşi olduğunu ifadə etmişdi.

Uşaqlığımdan bəri böyük klublarla oynamağı xəyal etmişəm. Bu klub "Real Madrid" idi, lakin "Napoli" də nəhəng klubdur. Ona görə də arzum gerçəkləşib”

Qeyd edək ki, "Napoli" Gürcüstan millisinin üzvü olan Xviçanı "Dinamo" (Batumi) klubundan transfer edib. Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR