"Bu günədək, aktiv COVID-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib".

Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

O qeyd edib ki, bu səbəbdən koronavirusa yoluxmuş anaya süd vermək əks-göstəriş deyil.