Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, hazırda 345 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.