Bu vitamin orta yaşda düşünmə bacarıqlarını və beyin qabiliyyətini yaxşılaşdırır

Orta yaşda "omeqa-3" yağ turşuları olan qidaları daha çox yeyən insanlar daha üstün düşünmə qabiliyyətinə və daha yaxşı beyin quruluşuna malik ola bilərlər.

Metbuat.az "SciTechDaily" nəşrinə istinadən xəbər verir ki, bu, Amerika Nevrologiya Akademiyasının tibbi jurnalı "Neurology"də dərc edilmiş tədqiqatlara əsasən deyilir.

"Omeqa-3" yağ turşuları qızılbalıq, sardina, göl alabalığı və tuna balığı kimi balıqlarda olur. Onlar həmçinin pəhriz əlavələrində, eləcə də yağ turşuları ilə zənginləşdirilmiş qidalarda olur.

Pəhrizi yaxşılaşdırmaq beyin sağlamlığımızı inkişaf etdirməyin bir yoludur.

Tədqiqatçılar bildiri ki, "omeqa-3"ün cüzi qəbulu belə beyin funksiyasını qorumaq üçün kifayətdir. Bu, ürək-damar sağlamlığını yaxşılaşdırmaq üçün həftədə ən azı iki porsiya balıq istehlak etmək deməkdir.

Tədqiqatda orta yaşı 46 olan, demensiya və ya insult keçirməyən 2183 insan iştirak edib. Onların orqanizmində "omeqa-3" yağ turşularının səviyyəsi ölçülərək düşünmə bacarıqlarını ölçən testlərdən keçiblər. Həmçinin, həcmini ölçmək üçün beyin skanı edilib.

Tədqiqata görə, orta hesabla 3,4% omeqa-3 yağ turşuları səviyyəsi aşağı hesab olunub. Orta hesabla 5,2% isə yüksək hesab edilib. Optimal səviyyə 8% və ya daha yüksəkdir. 4% ilə 8% arasında olan səviyyələr orta hesab olunur. 4%-dən aşağı səviyyələr aşağı hesab olunur.

Tədqiqatçılar, həmçinin məlumatları normallaşdırmaq üçün riyazi proses tətbiq ediblər. Onlar daha yüksək səviyyədə omeqa-3 yağ turşuları yeyən insanların mücərrəd düşünmə testində daha yüksək orta bal əldə etdiyini, həm də yaddaşda mühüm rol oynayan beyinlərinin hipokampus bölgəsində daha böyük orta həcmlərə sahib olduqlarını müşahidə etdilər.

Qeyd edilib ki, nəticələr "omeqa-3" yağ turşularının yeyilməsinin beyin funksiyasını qoruyacağını sübut etmir, bu, yalnız beyinin funksiyasını qourmaqla bir əlaqə olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR