Yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığının qorunması üçün faydalıdır

Müəyyən tərəvəzləri ehtiva edən sağlam pəhriz, yaşlandıqca nevroloji sağlamlığı və beyin aktivliyini qorumağa kömək edir.

Bu barədə həkim Debora Li “Express” nəşrinə müsahibəsində bildirib. Mütəxəssis vurğulayıb ki, yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığını qorumaq üçün çox faydalıdır. Bu tərəvəzlərdən gündə ən azı bir porsiya yemək yaşla əlaqədar idrak qabiliyyətinin zəifləməsini əhəmiyyətli dərəcədə yavaşladır.

"Pəhrizinizə ispanaq və kələm daxil edin - vitaminlər və antioksidantlarla zəngin olan bu tərəvəzlər beyninizi 11 il cavanlaşdıra bilər", - deyə doktor Li qeyd edib.

“Neurology” jurnalında dərc olunan tədqiqat məlumatları yaşıl yarpaqlı tərəvəzlərin düşüncə proseslərinin sürətinin azalmasına güclü müsbət təsirini təsdiqləyir. Alimlər 58-99 yaşarası 960 könüllü haqqında məlumatları təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, ən çox yarpaqlı göyərti yeyənlərdə koqnitiv funksiyaların geriləmə nisbətlərinin əhəmiyyətli dərəcədə aşağı olduğu müşahidə olunub. Xüsusilə, söhbət ispanaq, kələm, kahı, yarpaq kələmi (kale) kimi tərəvəzlərdən gedir.

Tədqiqatçılar yarpaqlı yaşıl tərəvəzlərin fol turşusu, B-karotin, filloxinonom və karotenoidlərlə (məsələn, lutein) zəngin olduğunu iddia ediblər. Alimlərin sözlərinə görə, karotenoidlərin istifadəsi beynin periventrikulyar ağ maddəsində daha az ciddi dəyişikliklərlə əlaqələndirilir və xüsusilə lutein sinir sisteminin iltihabının qarşısını alır. Beləliklə, bu maddələr sayəsində həm beynin fəaliyyəti yaxşılaşır, həm də degenerativ vəziyyətlərin inkişaf ehtimalı azalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR