ABŞ Türkiyə ilə sərhəddən bir neçə kilometr məsafədə yerləşən Yunanıstanın Aleksandrupolis limanına yeni hərbi qüvvələr cəlb edir.

Metbuat.az xəbər verir ki, ABŞ aralarında hücum helikopterləri də olan Texas ştatındakı 1-ci Ordu Aviasiya Briqadasını limana göndərir. Birlikdə ümumilikdə 600 əsgər yer alır. İddialara görə, ABŞ bu həmləni Yunanıstanla imzalanmış 5 illik müdafiə müqaviləsi çərçivəsində edir.

Qeyd edək ki, ABŞ-ın Türkiyə ilə sərhəddə yerləşən adalara hərbi qüvvə toplamasına Türkiyə sərt etiraz edib.