Brokkoli "pis" xolesterinin səviyyəsini aşağı salır

Qandakı "pis" xolesterinin yüksək səviyyəsi insult və ürək xəstəliklərinə səbəb olan tez-tez rast gəlinən səbəblərindən biridir. Lakin xolesterinin səviyyəsini təhlükə zonasından çıxarmaq çətin ola bilər. Bu, çox vaxt dərman qəbul etməyi, bəzi pis vərdişlərdən imtina etməyə məcbur olmağı və ya hətta həyat tərzinin əsaslı şəkildə yenidən gözdən keçirməyi tələb edir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, diyetoloq İqor Strokov deyib: "Səylərinizi asanlaşdırmaq üçün bir neçə tryuk var, misal üçün sulforafanın istehlakı. Bir çox yarpaqlı yaşıl tərəvəzlərdə olan kükürdlə zəngin birləşmə "pis" xolesterinin "əhəmiyyətli" dərəcədə azalmasına səbəb ola bilər".

Brokkoli sulforafanla zəngin bir neçə qidadan biridir və o xolesterini azaldan pəhrizi əla tamamlayır. Trigliseridlər qandakı daha bir piy növüdür və əsas enerji mənbəyidir, lakin onların həddindən çox olmağı da ürək xəstəlikləri riskini artıra bilər.

Yüksək trigliserid səviyyəsinin ürək xəstəliyi, qan damarı xəstəliyi riskini artırdığı məlumdur və çox yüksək trigliserid səviyyəsi pankreatit kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Tədqiqatçılar, həmçinin sulforafanın ev dovşanlarının qan damarlarının funksiyasını yaxşılaşdırdığına fikir veriblər. Bu, həmçinin ev dovşanlarının qan damarlarında iltihab əlamətlərini azaldıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR