Ürək-damar xəstəliyi riski bədənin hansı quruluşda olmasından asılıdır.

Bu barədə rusiyalı tibb elmləri doktoru, kardioloq, yüksək ixtisas kateqoriyalı həkim Aydar Şarafeyev xəbərdarlıq edib.

Onun sözlərinə görə, bədəndə piylərin qeyri-bərabər paylanmasının əsas iki növü var: “alma” - piylərin qarın boşluğunda cəmləşməsi və “armud” - çiyin, sinəyə nisbətdə ombanın, sarğı nahiyəsinin enli olması.

Belə bədən quruluşu olanlar təhlükədədir

Həkimin sözlərinə görə məhz “alma” tip bədən quruluşu özündə təhlükəni gizlədir.

Şarafeyev qeyd edib ki, piyin qarın nahiyəsində yığılması ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktoru kimi tanınır. Bu hətta 35-45 yaş arası insanlar üçün ölümcül ola bilər.

Kardioloq əlavə edib ki, qadınlarda bel 94 sm, kişilərdə isə 102 sm-dən çox olmamalıdır. Bu rəqəmlər keçərsə, ürək xəstəlikləri riski 1,5 dəfə artır.

Mənbə: İzvestiya