"İran rejimi ölüm hökmündən etirazçıları qorxutmaq üçün istifadə edir"

"Human Rights" təşkilat İranda ölüm hökmündən etirazçıları qorxutmaq üçün istifadə edildiyini bəyan edib.

Metbuat.az xəbər verir ki, təşkilatın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddəm bildirib ki, bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlardan yayındırmaq məqsədilə həyata keçirilir.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, bir il öncə edam edilənlərin sayı ilə müqayisədə 200 nəfər çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR