Türk istedad Avropa nəhənginə doğru -

Hollandiyanın “Ayaks” klubu “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Güləri transfer etmək üçün rəsmən həmlə edib.

Metbuat.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Ayaks”ın nümayəndələri həm 17 yaşlı futbolçunun ailə üzvləri ilə həm də klub rəhbərliyi ilə təmas qurub. Məlumata görə, Hollandiya klubu Ardanı transfer etmək üçün çox istəklidir. Bildirilir ki, tərəflər arasında danışıqlar zamanı futbolçunun transfer qiyməti müzakirə edilib.

Türkiyə təmsilçisi transfer qiymətini qarşı tərəfə deyib. İlkin razılığın olduğu istisna edilmir. Məlumata görə, İtaliyanın “Napoli” klubu da Arda Güləri transfer etməkdə maraqlıdır. “Napoli”nin türk futbolçu üçün təklif hazırladığı irəli sürülür. Avropanın digər nəhəng klubları da Arda Gülərin oyununu yaxından izləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR