Zülfiyyə və Xəyyamın gözlənilən dueti təqdim edildi -

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə Əməkdar artist Xəyyam Nisanov uzun zaman sonra gözlənilən duetlərini təqdim ediblər.

Metbuat.az xəbər verir ki, sənətçilərin ifa etdiyi "Bizimdir həyat" adlı mahnının sözləri Qabilə, musiqisi isə İsmayıl Əsədova aiddir.

Cütlük birgə layihələrinə ekran həyatı da verib. Klipin rejissorluğu Emin Muradova həvalə olunub.

Ekran işində Xanbabayevanın tərzi üzərində stilist Elnur Həsənov çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR