Uşaqlar niyə dırnaq yeyir?

Dırnaq yemə vərdişləri uşaqlarda ən çox 3-4 yaşından başlayır və əgər vaxtında müalicə olunmazsa, cinsi yetkinliyə qədər davam edə bilər.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib.

Həkim deyib ki, bəzən bu alışqanlıq dırnaq ətini qoparmaq, ayaq dırnaqlarını yemə şəklində də ola bilər:

"Bu narahatlığın altında yatan səbəblər çox vaxt uşağın psixologiyası ilə bağlı problemlər hesab olunur. Bura ailədə ciddi rejimin olması, uşağa qarşı yetərli sevginin göstərilməməsi, diqqət əksikliyi və.s aiddir. Ona görə də ilk olaraq səbəbi tapmaq lazımdır. Bu davranışın uşağın sağlamlığı üçün yaxşı olmadığını ona izah etmək və inandırmaq lazımdır. Eyni zamanda, uşaq hər cür neqativ və qorxulu vəziyyətlərdən uzaq tutulmalıdır. Valideynlərə onları istənilən bəhanə ilə tərifləməyi tövsiyə edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR