Rusiyalı hakerlər ABŞ-ın üç nüvə laboratoriyasına hücum edib -

Rusiyalı hakerlər ABŞ-ın üç nüvə laboratoriyasına hücum ediblər.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, "Cold River" kimi tanınan rus haker qrupu bir neçə ay öncə ABŞ-ın üç nüvə tədqiqat laboratoriyasına hücum ediblər. Bu məlumatı "Reuters"in jurnalisti və beş kibertəhlükəsizlik ekspertinin internetdə yayılmış qeydləri də təsdiq edib.

Qeyd olunur ki, avqust-sentyabr ayları arasında Prezident Vladimir Putin Rusiya Federasiyasının öz ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu elan edərkən, "Cold River" Brookhaven (BNL), Arqonsk (ANL) və Lawrence Livermore Milli Laboratoriyasına (LLNL) hücum edib.

Məlumatda o da bildirilir ki, bu laboratoriyaların niyə hədəf seçildiyi, həmçinin hücumların uğurlu olub-olmadığı da tam bəlli deyil. Kibertəhlükəsizlik tədqiqatçılarının və Qərb rəsmilərinin fikrincə, Rusiyanın fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra "Cold River" Kiyevin müttəfiqlərinə qarşı haker kampaniyasını gücləndirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR