Mədə və bağırsağı xərçəngdən qoruyan

Tomat sousu və təbii ketçup mədə və bağırsaq xərənginin riskini azaldır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, bunu Valensiya Politexnik Universiteti (İspaniya) alimləri sübut ediblər.

Pomidorların tərkibində güclü antioksidant likopin var. Bu maddə orqanizmə xərçəng əleyhinə təsir edir, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.

Pomidor sousu və ketçupun hazırlanması zamanı pomidorlar termik emal olunur. Bunun nəticəsində likopinin miqdarı xeyli artır.

Bundan əlavə likopin bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırır, bağırsaqların mikroflorasına müsbət təsir edir.

Məhz bütün sadaladığımız faydalı xüsusiyyələrə görə tomat sousu və ketçup mədə və bağırsaqları xərçəngdən qoruyur.

Həmçinin likopin maddəsi ürək və damarları qoruyur, ateroskleroz, infarkt və insultub riskini azaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR