"Antibiotikin qripə heç bir faydası yoxdur" -

"Hazırda yayılan xəstəliyə antibiotikin heç bir faydası yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, virusun müalicəsində hər hansı antibakterial dərmanın istifadəsi tövsiyə olunmur:

"Həkim müayinəsindən sonra antibiotik müalicəsi verilə bilər. İlkin olaraq xəstəliyə yoluxmuş insanlar bol maye qəbul etməlidirlər. Hərarət yüksək, əzələ ağrıları olarsa, hərarətsalıcı dərmanlardan istifadə etmək mütləqdir. Əgər 3 gün ərzində bu qrip keçməsə, həkim müayinəsində olmaq mütləqdir. Hər bir insan individiual olduğu üçün həkimə müraciət etməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR