Kəklikotu çayı infeksiya mövsümündə faydalıdır

Kəklikotu çayının qəbulu həyat eşqini artırır. Həmçinin açıq antibakterial təsir göstərir.

Metbuat.az xəbər verir ki, bu barədə “MedikForum”da məlumat verilib.

Kəklikotu çayı bədənin iltihabla mübarizə aparmasına kömək edir, eləcə də qaraciyər və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Çayın digər üstünlüyü psixo-emosional vəziyyətə müsbət təsir göstərmək qabiliyyətidir. Stres və gərginliklə mübarizə aparmağa kömək edir.

Kəklikotu qara və yaşıl çay ilə uyğunlaşa bilər və həmçinin nanə, qarağat, moruq, çobanyastığı, itburnu kimi digər bitkilərlə qarışıq tərkibdə dəmlənə bilər. Bu cür cövhərlər düzgün dozalarda dəmlənməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR