"Fənərbaxça"ya GÖZLƏNİLMƏZ TƏKLİF - Klopp tələb edir

“Liverpul” “Fənərbaxça”nın müdafiəçisi Atilla Szalaiyi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bildirilir ki, Virgil van Deykin zədələnməsindən sonra müdafiəçi axtarışında olan klub, macar müdafiəçini diqqətə alıb. Müdafiəçinin fiziki göstəriciləri və topu irəli xəttə daşımasındakı bacarığı baş məşqçi Yurgen Kloppun bəyəndiyi özəlliklərdir. Məlumata görə, “Liverpul” 25 yaşlı müdafiəçini transfer etməkdə qərarlıdır.

Qeyd edək ki, Jorje Jesuşun “Fənərbaxça”ya baş məşqçi təyin olunmasından sonra bəzi futbolçular yaxşı oyun sərgiləməyə başlayıb. Onlardan biri də Atilla Szalaiyidir. Uğurlu oyunu ilə seçilər Kim Min-jae isə mövsümün əvvəlində 18 milyon avroya “Napoli”yə transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR