Abdullahian səfirliyimizin yaralı əməkdaşlarına baş çəkdi -

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün hücuma məruz qalan Azərbaycan səfirliyinin yaralı əməkdaşlarına baş çəkib.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Nazir yaralıların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR