Minaya düşən hərbçiləri ölümdən Türkiyənin zirehli texnikası xilas etdi -

Ukrayna ordusunun hərbçiləri rus əsgərlərin qurduğu pusquya düşüblər.

Metbuat.az xəbər verir ki, ukraynalı hərbçilər zirehli texnika ilə ərazidən keçərkən mina işə düşüb. Lakin zirehli texnika hərbçiləri xilas edib. Hadisə zamanı hərbçilər arasında xəsarət alan olmayıb. Türkiyə mediasının məlumatına görə, hərbçilərin olduğu zirehli texnika Türkiyə istehsalı olan “KİRPİ” olub. Qeyd edək ki, Türkiyə istehsalı olan “KİRPİ” zirehli texnikaları Ukraynada müharibə başalayandan sonra ordunun istifadəsinə verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR