Səmada görünən naməlum obyekt həyəcan yaratdı:

ABŞ səmasında görünən ay formalı naməlum şar bir daha diqqəti Çin-ABŞ münasibətlərinə çevirib.

Metbuat.az xəbərə verir ki, şarın Çinə aid olduğu və cəsusluq məqsədi ilə göndərildiyi irəli sürülür. ABŞ dairələri bildirilir ki, şar Çinə aiddir və bu ilk hal deyil. Bir neçə il əvvəl də eyni şar hadisələri baş verib.ABŞ rəsmilərinin sözlərinə görə, Çinə məxsus şar kəşfiyyat məlumatlarının toplanmasına yönəlib. Lakin onun kəşfiyyat məlumat toplama qabiliyyəti kifayət qədər zəifdir.ABŞ hərbi rəsmiləri hava şarının hissələrinin düşəcəyi yerdə meydana gələcək təhlükəyə görə ona müdaxilə edilmədiyini bildirib.

Yerli mənbələr yazır ki, şar zəif radar izləri daşıdığı üçün ölkə sərhədini keçə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR