Dağıntılar altında doğuldu:

Suriyanın Hələb şəhərində hamilə qadın dağıntılar altında uşaq dünyaya gətirib.

Metbuat.az xəbər verir ki, axtarış aparan xilasetmə qrupları körpənin sağlam olduğunu ananın isə dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub. AFP xəbər agentliyinin bildirdiyinə görə zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 1400-ə çatıb, minlərlə çox yaralı var. Zəlzələ iki ölkə sərhədi yaxınlığında baş verib. Bu o deməkdir ki, zəlzələ nəticəsində ölənlərin sayı ümumilikdə 4800-ü ötüb.Suriyada daha onlarla yaralı var. Hər iki ölkədə ölənlərin sayının artacağı gözlənilir. Türkiyə və Suriyada baş vermiş zəlzələ Livan, Fələstin və Kiprdə də hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR