Bu gün konsertləri olacaqdı -

Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırovun fevralın 7-də planlaşdırılan konserti təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu haqda müğənni videoaçıqlama yayıb. O bildirib ki, buna səbəb Türkiyədə baş verən zəlzələdir: "Türkiyədə gördüyüm bu fəlakət hər birimizi sarsıtdı. Bununla bağlı Ənvər Sadıqovun sabaha planlaşdırılan konserti təxirə salınır. Tarix dəyişdiriləcək. Alınan biletlər qüvvədə qalır. Yaxın günlərdə tarixi açıqlayacağıq" - deyə, Abbas əlavə edib.

Qeyd edək ki, konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcəkdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR