Bağırsaq xərçənginin inkişafını dayandırmaq üçün belə qidalanın

Tədqiqatlar göstərir ki, sadəcə, həyat tərzini və pəhrizi dəyişməklə bağırsaq xərçəngi hallarının təqribən 54 faizinin qarşısını almaq mümkündür.

Pəhrizin bitki əsaslı və sellülozla zəngin olması mühümdür. Qırmızı və emal edilmiş ət rasionda məhdudlaşdırılmalıdır. Tədqiqatlar göstərir ki, sellüloz, D vitamini, fol turşusu, kalsium, omeqa-3 yağ turşuları və oksidantlar kimi qida komponentləri müdafiə rolunu oynayırlar.

Metbuat.az xəbər verir ki, bu komponentlər bəzi üsullarla xərçəngin inkişafının müəyyən miqdarda qarşısını alır.

Bu qida maddələri xərçəngin inkişaf riskinin məlum amili olan iltihabın səviyyəsini aşağı salmağa kömək edir. Bundan başqa, bu maddələr sizin immunitetinizi qaldırmaq və bağırsaq xərçənginin potensial sələfləri olan piylənmə, ikinci tip diabet də daxil olmaqla sağlamlıqla bağlı bir sıra problemlərin yaranma riskini azaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR