107 saat sonra dağıntılar altından çıxan qızın gözləri anasını axtardı:

Türkiyənin Hatay vilayətində dağıntılar altından daha bir nəfər sağ xilas edilib.

Metbuat.az xəbər verir ki, Sude adlı qız dağıntılar altından 107 saat sonra xilas edilib. Sude dağıntılar altından çıxan kimi onu gözləyən anasına səslənərək, “Ana mən burdayam” deyib. Məlumata görə, qızın səhhəti normaldır.

Qeyd edək ki, Sude ilə yanaşı dağıntılar altından daha bir nəfər çıxarılıb. Sudenin xilas edildiyi binanın dağıntıları altından 102 saat sonra daha 6 nəfər xilas edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR