Qərb Ukraynada hərbi zavodlar tikməyə hazırlaşır -

"London və Kiyev Ukraynada yeni hərbi fabriklərin tikintisi ilə bağlı danışıqlar aparırlar".

Metbuat.az xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti yazıb. Nəşr bildirir ki, Britaniya Ukraynada artilleriya və zirehli texnika istehsal etmək istəyir.

Məşhur "Komsomolskaya pravda" nəşrinin analitikləri yayılan bu məlumatları qəzetin yeni sayında şərh edərək yazırlar ki, Kiyev və London arasında danışıqlar bir neçə maraqlı tendensiyadan xəbər verir. Qəzetin şərhindən bəlli olur ki, Qərb və Ukrayna müharibənin sonunu gözləmədən xüsusi əməliyyatı təxirə salmağa hazırlaşırlar. Zelenski isə hələ bir müddət də hərbi əməliyyatların davam edəcəyinə ümid edir. "Komsomolskaya pravda"nın fikrincə Ukraynada silah istehsal edən zavodun tikilməsində məqsəd Zelenski vasitəsi ilə Rusiyanı bir daha qəzəbləndirməməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR