"Qarabağ" - "Gent" oyununda bu hakimlər olacaq

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək olan matçın hakimləri bəlli olub.

Metbuat.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Mohammed Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR