Qaziantepin İslahiye rayonunda anası Kadriye Yılmaz 1993-cü ildə şəhid olan oğlu Zəfər Yılmazın adı verilən mənzilin dağıntıları altında həyatını itirib.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, 6 fevralda baş verən zəlzələdə vəfat edən Kadriye Yılmazın cəsədi 6 gündən sonra tapılıb.

Həmçinin dağılan mənzildən şəhidin və şəhid anasının əşyaları ilə bərabər türk bayrağı da çıxarılıb. Dağıntılar altından çıxarılan Türkiyə bayrağı həmin ərazidə asılıb.

Şehit oğlunun adının yaşatıldığı apartmanda hayatını kaybetti