Hatayda zəlzələ olacağını demişdi -

Dünən axşam Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələdən sonra 5,8 bal gücündə zəlzələr olub.

Metbuat.az Türkiyə mətbuatın istinadən xəbər verir ki, son zəlzələr səbəbindən 294 nəfər yaralanıb, 6 nəfər yaralanıb.

Türk geoloqu Naci Görür qeyd edib ki, hazırda iki bölgədə - Adana və Kiprdə güclü zəlzələnin olacağı gözlənilir. Lakin zəlzələnin nə zaman olacağı dəqiq deyil . Geoloq həmçinin qeyd edib ki, bundan sonra isə zəlzələ ocağında sakitlik yaranacaq.

Qeyd edək ki, Naci Görür Kahramanmaraşdakı zəlzələdən sonra Hatayda zəlzələnin olması ilə bağlı öncədən xəbər vermişdi.

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR