PSJ və Argentina millisinin hücumçusu Lionel Messi təhdidə məruz qalıb.
Metbuat.az xəbər verir ki, Lionel Messinin həyat yoldaşının ailəsinə məxsus marketə hücum edən şəxslər ulduz futbolçunu da hədələyiblər. Onlar Messiyə ünvanladıqları mesajında bildiriblər:
“Messi, səni gözləyirik. Roszrio meri Cavkin də səni narkotik ticarətində qoruya bilməyəcək".
Argentina mediasının iddiasına görə, mafiya Messinin arxasınca düşüb.
Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.
