Çarpayınızın yanında mixək sancılmış limon qoyun -

Yataq otağında çarpayının yanında tumbanın üzərinə ortadan bölünmüş və üzərinə mixəklər sancılmış limon qoymaq artıq çöx ölkələrdə sınanıb və insanlar bu üsulun faydasını görməkdədir.

Metbuat.az medicina.az-a istinadən gecə yatanda yanınızda mixəkli limonun olmasının səhhətinizə faydalarını təqdim edir:

- Gün boyu yığılan neqativ, gərginlik və stresin bədəndən çıxmasını asanlaşdıracaq. Limonun efir yağı insan ruhuna və zehninə rahatlaşdırıcı təsir göstərir. Həm də limon insanın rahat yuxuya getməsini təmin edəcək.

- Diqqət və konsentrasiyanı yaxşılaşdıracaq. Yaddaşı gücləndirəcək.

- Səhər yuxudan asan, doymuş və gümrah oyanmanızı təmin edəcək. Sevinc hormonunun sintezini artıracaq, əhvalınızı qaldıracaq.

- Yüksək təzyiqi aşağı salır. Hipertoniklər mütləq bu üsulu etməlidir. Yuxuda ikən qan dövranınız normallaşacaq.

- Zərərli cücüləri qovacaq- milçək, ağcaqanad və digərləri limin, mixək qoxusuna dözmür.

- Havanın təbii təravətləndirilməsi. Otaqda bakterisid ab-hava hökm sürəcək. Bu isə burun-qulaq, nəfəs yolları üçün vacibdir.

Odur ki, heç olmasa yarım limonu çarpayınızın yanından əskik etməyin.

Diqqət: otaqda qoyulmuş limonu sonradan yemək və çayda istifadə etmək olmaz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR