Messinin harda oynayacağı

Argentina yığmasının kapitanı Lionel Messi karyerasını yalnız PSJ-də davam etdirmək üçün danışıqlar aparır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hücumçu Avropada qalmaq istəyir və Fransa klubu ilə daha bir il müddətinə yeni müqavilə imzalamağı müzakirə edir.

Messinin PSJ-dən ayrılacağı və Amerikanın “İnter Mayami” klubuna transfer edəcəyi barədə mediada məlumatlar dolaşırdı. Ancaq indi isə futbolçunun hələ ki, daha 1 il PSJ-də oynayacağı açıqlanıb.

Məlumata görə, “İnter Mayami” argentinalını yalnız 2024-cü ilin yayında Amerika Kuboku başa çatdıqdan sonra ala biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR