Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Arsenal” - “Sportinq” oyunu gərgin idman mübarizəsinə səhnə olub.

Metbuat.az xəbər verir ki, oyun zamanı “Sportinq”in futbolçusu Qonçalveşin vurduğu baxımlı qol azarkeşləri heyrətə gətirib. O təqribən meydanın mərkəzindən qol vurub. Əsas və əlavə vaxt 1-1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında qonaqlar üstün olub. Növbəti mərhələyə “Sportinq” vəsiqə qazanıb.

“Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya) - 1:1 (penaltilər seriyası - 3:5)

Qollar: Caka, 19 - Qonçalveş, 62