Futbol tarixi belə qərar görməyib - Messini transfer etmək üçün 29 klub birləşdi

ABŞ komandaları Lionel Messini transfer etmək üçün qəribə qərar qəbul ediblər.

Metbuat.az xəbər verir ki, MLS klubları Messinin hansı komandaya transfer olmasından asılı olmayaraq, futbolçunun məvacibini birlikdə ödəməyə qərar verib. Argentinalı ulduz ABŞ-a transfer olmaq qərarına gəlsə, istədiyi klubla müqavilə bağlaya biləcək. MLS klubları bunun üçün birlikdə fond yaradacaq. ABŞ klubları hesab edir ki, Messinin ABŞ-da futbol oynaması MLS-in televiziya gəlirlərini ciddi artıracaq. Bu da klubların gəlirlərini artıracaq.

Qeyd edək ki, MLS-də 29 klub təmsil olunur. Messinin PSJ ilə müqaviləsin mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR