Kvaratsxeliya A seriyasında ayın oyunçusu seçildi

İtaliya A seriyasında mart ayının ən yaxşı futbolçusu məlum olub.

Metbuat.az xəbər verir ki, bu, "Napoli"nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyadır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, Kvaratsxeliya bu ay A seriyasında 3 oyunda 2 qol vurub, bir məhsuldar ötürmə edib. O, fevralın da ən yaxşı oyunçusu seçilmişdi. Onun qolu da A seriyasında mart ayının ən yaxşısı seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR