Cinsi əlaqə idmanı əvəz edirmi?

Bəziləri cinsi əlaqənin idman qədər faydalı olduğunu düşünür. İnsan orqanizminə saysız-hesabsız faydaları olsa da, seks zamanı idmanla müqayisədə daha az kalori yandırılır.

Təbii ki, bütün cütlüklər üçün eyni sözü demək olmaz. Cinsi əlaqənin müddəti və seçilən pozalar çox önəmlidir. Elmi araşdrımalara görə, cinsi əlaqə zamanı yandırılan kalorilər üzgüçülük, qaçış və gəzinti kimi fiziki məşq növləri ilə müqayisədə daha azdır. Tədqiqatlar göstərib ki, orta sürətlə 30 dəqiqə qaçan kişilər 276, qadınlar isə 213 kalori yandırır. Yəni kişilər dəqiqədə təxminən 9,2, qadınlar isə 7,1 kalori yandırırlar.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, heç bir cinsi istəyi artıracaq dərman qəbul etmədən orta hesabla 25 dəqiqə cinsi əlaqədə olduqda kişilər 100, qadınlar isə 76 kalori yandırırlar (bu, təxmini rəqəmlərdir). Başqa sözlə, cinsi əlaqə zamanı kişilər dəqiqədə təxminən 3,3 kalori, qadınlar isə dəqiqədə 2,5 kalori yandırırlar.

Göründüyü kimi, seks zamanı şişirdilmiş enerji sərfi yoxdur və cinsi əlaqəni faydalı idman növü hesab etmək doğru deyil.

Amma bununla belə, cinsi əlaqənin insanlar üçün faydaları da böyükdür.

Daimi cinsi fəaliyyət insanlarda infarkt, insult, diabet riskini artırır. Menstrual ağrıları, xroniki ağrıları və baş ağrılarını azaldır.

Müntəzəm cinsi əlaqə onların immun sistemini gücləndirir; Yaşlı kişilərdə həftədə iki dəfə orqazm olmaq ölüm nisbətini 50% azaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR