Pikenin sevgilisi ona Qvardiola ilə xəyanət etdi

Jerar Pikenin sevgilisi Klara Çia "Mançester Siti"nin məşqçisi Pep Qvardiola ilə yaxınlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat verib. İddialara görə, Çianın xəyanət etməsinə səbəb Pikenin davranışı olub. Bildirilir ki, Pike Çiaya onun rəfiqəsi ilə xəyanət edib. Bundan qəzəblənən Çia Pep Qvardiola ilə münasibətdə olub. İddia edilir ki, Qvardiolanın uşaqları ilə eyni məktəbə gedən Çia məşqçi ilə burada tanış olub. Tərəflər iddiaları hələlik təsdiq etməyib. Bəzi mənbələr isə yazır ki, Çia hələ Pike ilə tanış olmazdan əvvəl Qvardiola ilə sevgili olub.

Qeyd edək ki, Pike bundan əvvəl məşhur müğənni Şakirə ilə evli olub. Lakin Pikenin Çia ilə münasibətindən sonra Şakira futbolçudan ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR