"Moskva və Kiyev arasında atəşkəs danışıqları hazırda mümkün deyil" -

"Hazırda Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının baş tutması mümkün deyil".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı jurnalistlərə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Rusiya konstruktiv danışıqlara getməyə hazır olduğu məqama çatmalıdır”,- deyə Blinken əlavə edib. Onun sözlərinə görə, tərəflər arasında ədalətli və davamlı sülh məqsədi olmadıqca atəşkəsin baş tutması inandırıcı görünmür.

"Bəziləri üçün atəşkəs ideyası şirnikləndirici ola bilər və mən bunu başa düşürəm, lakin bu, Rusiyanın böyük Ukrayna ərazisini ələ keçirməsinin faktiki ratifikasiyasına bərabərdirsə, nəticəd ədalətli və davamlı sülh olmayacaq. Rusiya öz qüvvələrini yenidən toplayıb, bir müddət sonra yenidən hücuma keçə bilər”, - ABŞ dövlət katibi bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR