Məğlubiyyət onları özündən çıxardı -

“Mançester Siti”yə məğlubiyyətdən sonra “Bayer Münhen”də gərginlik hökm sürür.

Metbuat.az xəbər verir ki, oyundan sonra Sadio Mane və Leroy Sane arasında mübahisə olduğu qeyd edilib. Məlumata görə, mübahisə isə davaya çevrilib. Sadio Mane komanda yoldaşının dodağına yumruq zərbəsi endirib. Bildirilir ki, dərhal digər futbolçular müdaxilə edərək, onları aralayıb. Məlumata görə, hadisənin şoku hələ də komandanın üzərində qalıb.

Qeyd edək ki, çempionlar liqasının ¼ mərhələsində “Mançester Siti”nin qonağı olan “Bayer Münhen” 0-3 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR