Ermənistan bayrağımızı yandıran şəxsə cinayət işi

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

O iddia edib ki, istintaqın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı” məlum olub.

Həmçinin oxuyun: Ermənistanda bayrağımızı yandıran bu şəxs imiş - FOTO

Qeyd edək ki, Nikolyanın polis şöbəsindən buraxılarkən alqışlarla və sevgi göstərişi ilə qarşılanması diqqəti cəlb edib. Halbuki vəkil Koçubayov daha əvvəlki açıqlamasında polis tərəfindən saxlanılan Aram Nikolyan barəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlanıldığını bildirmişdi.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR