Messi "harada oynayacaqsan" sualına

Lionel Messi gələcək karyerası barədə yayılan iddialara cavab verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu iştirak etdiyi reklam çəkilişində PSJ-dən sonra harada oynayacağı barədə suala belə münasibət bildirib:

“Gələcəyin mənə nə gətirəcəyini bilmirəm. Bu barədə xəyal qurmağı və düşünməyi sevsəm də, həqiqətən nə olacağını bilmirəm. Necə lazımdırsa elə olacaq. Yəni, Tanrı necə istəsə elə olacaq”.

Qeyd edək ki, ulduz futbolçunun bu il yayda PSJ ilə müqaviləsi başa çatır. Ən böyük iddialar onun keçmiş klubu “Barselona”ya qayıtmasıdır. Ümumilikdə oyunçunun qarşısında, PSJ ilə müqaviləni uzatmaq, “Barselona”, Amerikanın MLS, “Əl-Hilal” kimi seçimləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR