Ayan Babakişiyevadan Rövşanəyə:

Müğənni Ayan Babakişiyeva bloqçu Nagehan Abdullayeva ilə aparıcı Rövşanə Ağasəfqızı arasında yaşanan qalmaqala münasibət bildirib.

Metbuat.az xəbər verir ki, sənətçi hər iki məşhurun verilişdən olan görüntülərinin paylaşıldığı "show_news" instaqram səhifəsinə öz fikirlərini yazaraq reaksiya verib: "Bir sualın məğzi olar, qonaq da ona uyğun cavab verər. Ümiyyətlə, bu jurnalistin özü sual verir, özü də cavab verir. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Vallah Nagehan da elə cavab verib ki, bir sualı özün başa düş, sonra təqdim elə. Nagehan Abdullayeva, elə doğrudan da zor eləmisən".

Nagehan isə Babakişiyevanın şərhinə, "Ayan Babakişiyeva, çox təşəkkür edirəm, var olun", - sözlərini yazaraq təşəkkür edib.

Həmçinin oxuyun: Rövşanə efirdə bu dəfə Nagehanla mübahisə etdi: "Nə olubki mənə?" / VİDEO

Daha sonra səhifədə sözügedən şərhlər bağlanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR