"Əl-Nəsr"dən Ronaldonun qalmaqallı hərəkəti ilə bağlı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubu hücumçu Kriştianu Ronaldo ilə bağlı qalmaqal barədə bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda qeyd edilib: "Ronaldo zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədə zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”,- deyə klubunun açıqlamasında deyilir.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanından deportasiya oluna biləcəyi barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır. İddia edilirdi ki, hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Həçminin oxuyun: Ronaldonun davranışı ərəbləri ayağa qaldırdı - Ölkədən qovulması tələb edilir / FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR