Az bal topladığına görə canına qıyan Elşənin görüntüləri -

Xəbər verdiyimiz kimi, iki gün öncə Xırdalan şəhərində 2006-cı il təvəllüdlü Elşən İslamov imtahanda az bal topladığına görə intihar edib.

Metbuat.az xəbər verir ki, özünə qəsd edən yeniyetmənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, E.İslamov şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, o, orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR