“Mercedes” Rusiya bazarından tamamilə çıxdı

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Ukraynada müharibənin başlamasından 14 ay sonra Rusiya bazarından tamamilə çıxdığını elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyi (DPA) məlumat yayıb.

Alman şirkəti Rusiyadakı bütün aktivlərini "Avtodom" şirkətinə satıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra "Mercedes" 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR