Bu gündən Azərbaycanın orta məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
Metbuat.az xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.
Əmrə əsasən, tətil mayın 5-dək davam edəcək.
Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.